Qaçan məhbuslardan biri tutuldu - TƏCİLİ

Qaçan məhbuslardan biri tutuldu - TƏCİLİ Oktaybrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami bu gün Şirvan şəhərində tutulub.   PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, o, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.   Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
loading...