44 yaşlı kişinin qulağını kəsdilər - Bakıda qanlı hadisə

44 yaşlı kişinin qulağını kəsdilər - Bakıda qanlı hadisə

Bakının Suraxanı rayonunda 44 yaşlı Vaqif Qərib oğlu Məhərrəmovun başına iş gəlib. 

Xəbərçi.az-ın məlumatına görə, Əmircan qəsəbəsində ziyançəkən tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı kimliyi hələ ki, açıqlanmayan şəxs onun sol qulağını kəsib. Hadisənin nə üstə baş verməsi naməlumdur. Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisə barədə 31-ci Polis Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 


loading...