İstanbulda dəhşətli hadisə yaşanıb. Belə ki, tekstil şirkətində işləyən 34 yaşlı Seher Çetintaş adlı qadın qəddarcasına öldürülüb. Buna səbəb isə Ahmet Kalender adlı iş yoldaşının eşq təklifini qəbul etməməsi olub.
Belə ki, A. Kalender dəfələrlə qadını təhdid edərək onunla yaşamağı təklif edib. Hətta bir dəfə mübahisə əsnasında 2 uşaq anası olan S. Çetintaşın almacıq sümüyünü də qırıb. Uşaqlarının zərər çəkəcəyindən qorxan Seher işdən çıxmağa məcbur olub.
Qadın təhdidlərə davam edən A. Kalenderle üz-üzə danışmaq üçün kafedə görüşməyə qərar verib. O, “məni və ailəmi rahat burax, bir daha görüşmək istəmirəm” deyərək kafedən çıxıb. Ardınca çıxan A. Kalender dəfələrlə atəş edərək Seheri öldürüb.
Polis əməkdaşları tərəfindən həbs olunan A. Kalender məhkəmə qərarından sonra cəzaçəkmə müəssisəsinə göndərilib.