Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Avropa çempionu Xətai Məmmədova hökm oxunub.
XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü X.Məmmədov həyətdə maşın “parkovka” etməyə görə mübahisə etdiyi qonşusu və dostu Niyaməddin Rüstəmovu bıçaqlayıb.
Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.