Şəki rayonunda uşaq mağazasından oğurluq etmək istəyən şəxs saxlanılıb.
XƏBƏRÇİ.AZ - ın DİN-ə istinadən verdiyi xəbərə, mayın 21-nə keçən gecə saat 01:20-də Mühafizə Şöbəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə - M.Müşfiq küçəsindəki “Uşaq aləmi” mağazasına gələn polis əməkdaşları qapının qıfılını sındıraraq oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıblar.
Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan 1 ədəd maska, 2 ədəd şüşəkəsən və 1 ədəd qıfılsındıran alətlər aşkar edilərək götürülüb.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.