Qadının cibindən narkotik tapıldı

Qadının cibindən narkotik tapıldı

Şəki rayonunda həbsdə olan əri ilə görüşə gələn qadının əşyalarına baxış keçirilib.

XƏBƏRÇİ.AZ bildirir ki, “Qafqazinfo” Penitensiar Xidmətə istinadən xəbər verir ki, Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1; 237.1; 66.2; 69.3; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kaltayev Məzahir Əhmədulla oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Balakən rayon sakini Telliyeva Aypara Tahir qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş kağız bükülüdə 0,47 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. M.Kaltayev narkotik vasitələrin daşınmasında təqsirli bilinərək həbs edilib.


loading...