Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bacısı ilə danışdığından şübhələnərək amansızlıqla öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun məhkəməsi keçirilib.
XƏBƏRÇİ.AZ “Qafqazinfo” ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə prokuror çıxış edərək A.Zülfüqarovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
A.Zülfüqarov son sözündə peşman olduğunu deyib: “Qismətin elədiyi hərəkətin qarşılığını gərək başqa cür verərdim”.
Məhkəmə kollegiyasının hökmü ilə A.Zülfüqarov 19 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, A.Zülfüqarov dostu Qismət Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə münasibət qurmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Qaradağ rayonu Qobustan qəsəbəsində domino oynayarkən Qismətə arxadan yaxınlaşaraq onun boyun və sinəsinə bir neçə zərbə endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə onu sakitləşdirmək istəyərkən Amal onları da bıçaqlayıb. Daha sonra yerə yıxılan Qismətin üstündə oturaraq onu boğub. Ardınca da bıçaqla onun boğazına, qarnına və ürəyinə dəfələrlə zərbə vurub.