Qızılı oğrayıb lombarda qoydular

Qızılı oğrayıb lombarda qoydular

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşayış evindən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

XƏBƏRÇİ.AZ bildirir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Biləsuvar şəhər sakini Fazil Mənsimov evindən naməlum şəxs və ya şəxslər tərəfindən 4650 manat, 500 ABŞ dolları pulun və müxtəlif qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Biləsuvar rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Azər Quliyev və Ramiz Talıblı olduqları müəyyən edilib. Hər iki şəxs oğurladıqları qızılları Bakı şəhərində yerləşən lombardlardan birinə qoyub əvəzində pul götürdüklərini bildiriblər. Aparılan araşdırmalarla eyni zamanda Azər Quliyevin daha bir oğurluq törətdiyi məlum olub. Onun rayonun Bağbanlar kəndində yerləşən bir evə pəncərədən gizli daxil olaraq 700 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar RPŞ-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


loading...