Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
XƏBƏRÇİ.AZ xəbər verir ki, 12 yaşlı oğlu ilə kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamməd oğlu evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb. Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub.
Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.