
Sumqayıt şəhərində "Ford" və “Hyundai” markalı iki minik avtomobili toqquşub.
XƏBƏRÇİ.AZ “Qafqazinfo”- ya istinadən xəbər verir ki, toqquşmadan sonra yanğın baş verib. Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.