
Bu gün Sumqayıt şəhərində daha bir abituriyent özünü ataraq intihar edib.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.
F.Rüstəmov dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.