Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara təcavüz edən Buğumov İbrahim Xankərim oğlunun məhkəməsi başlayır.
“XƏBƏRÇİ.AZ”-ın xəbərinə görə, cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinən İ.Buğumovun məhkəməsinin hazırlıq iclası hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutacaq. Qeyd edək ki, cinayət işində 3 azyaşlı qız zərərçəkən kimi tanınıb.
Qeyd edək ki, həbs edilən şəxs sonuncu dəfə Xırdalan şəhərində azyaşlı qıza qarşı seksual hərəkətlər edərkən sakinlər tərəfindən yaxalanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilən İbrahim Buğumovla bağlı bəzi yeni məlumatlar üzə çıxıb.
İ.Buğumovda şizoferiniya paranold forma, fasiləsiz gedişli, dərin paranold xəstələyi var. O, dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. Sonuncu dəfə isə 2017-ci il mayın 24-də xəstəxanadan çıxıb. Həbs edilən Buğumovun bəzi yaxın ailə üzvləri də eyni xəstəliklərdən əziyyət çəkir.
Xatırladaq ki, Xırdalan şəhərində altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutulan İ.Buğumov sakinlər tərəfindən döyülüb. Polis onu güclə xilas edib. Buğumovun fotoları sosial şəbəkələrdə paylaşılıb.
Bu hadisədən sonra məlum olub ki, İ.Buğumov eyni əməlinə görə qısa müddət əvvəl də cinayət məsuliyyətinə cəlb edilb. Belə ki, 1979-cu il təvəllüdlü Buğumov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb.
Buğumovla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən edilən müraciət araşdırılıb. Sakinlər müraciətində manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər. Hökməli qəsəbə sakini İbrahim Buğumov 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilən Buğumov Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsüf edilərək cəzası 1 il 6 aya endirilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.
Amma bu qərardan da prokuror narazı qalıb. Prokurorun protesti ilə Ali Məhkəmə apellyasiya instansiyasının Buğumov barədə qərarını ləğv edərək işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıldığı ərəfədə Buğumov yenidən eyni əmələ görə həbs edilib.
Buğumovun davam edən məhkəmə prosesi ilə bağlı hakimlər kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Artıq ekspertizaların rəyləri müəyyən edilib.
2017-ci il iyul ayında azyaşlı uşaqaları təcavüz etməkdə təqsirli bilinən şəxsin şizofreniya xəstəliyindən əziyyət çəkməsi ilə bağlı sənədlər üzə çıxıb.