Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb...
Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi, ev 22 ünvanında baş verib. Q.Cahangirov aralarında baş verən dava zamanı 70 yaşlı atası Arif Cahangirovu xüsusi amansızlıqla qətlə yetirib.
Baş və bədən nahiyələrindən ağır xəsarətlər alan yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İttihama görə, qətl hadisəsinə sərxoş vəziyyətdə olan Qadirin yenidən spirtli içki almaq üçün arvadından 1 manat pul istəməsi səbəb olub. Arvadının pul verməməsindən əsəbləşən ər evdəki əşyaları sındırıb. Səs-küyə gələn, oğlunu sakitləşdirməyə çalışan Arif Cahangirov Qadirin balta zərbələrinə tuş gəlib. Törətdiyi cinayət əməlinə görə Q.Cahangirova Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Qadir Cahangirov ifadəsində 2012-ci ildə qızı Mahirə intihar etdikdən sonra əsəblərinin korlandığını, o vaxtdan etibarən içkiyə qurşandığını göstərib. Hadisə baş verən gün oğlu çörəkbişirmə sexinə, arvadı ilə bacısı isə xadimə işlədikləri məktəbə gediblər. Evdəki arağı dovğa ilə içməyə başlayıb. Axşamtərəfi arvadı Yeganədən araq pulu istəyib:
"Yeganədən bir manat istədim. Dedi ki, sabah Bakıda yaşayan qızımgilə qonaq gedəcəyik, pul lazımdır. Həmçinin, qızımın qaynanasının dindar olduğunu deyib, arağa pul verməkdən imtina etdi. Buna görə mübahisəmzi düşdü, qışqır-bağır saldım. Atam yanıma gəlib Qurban bayramı günü araq içdiyimə görə məni danladıqda əsəbləşib onu da itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə daxmaya qaçdım ki, balta götürüm. Bacım qarşımı kəsmək istədikdə onu itələyib yıxdım, odun doğradığımız baltanı daxmadan götürdüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurdum. Zərbənin təsirindən yerə yıxıldı, başından qan axmağa başladı".
Atasını baltayla vurduqdan sonra Q.Cahangirov öz başına da balta zərbələri endirib: "Ayılanda gördüm ki, xəstəxanadayam. Atamla əvvəllər də xırda mübahisələrimiz olurdu, içki içdiyimə görə məni danlayırdı. Amma heç vaxt onu ölümlə hədələməmişəm. Həmin gün sərxoş idim, əsəbləşdiyim üçün atamı vurdum. Baltanı götürüb özümü öldürəcəkdim. Atamın mənə qarşı çıxmaları artıq məni bezdirmişdi. Törətdiyim əməldən peşmanam".
Zərərçəkmiş Nadir Cahangirov ifadəsində mərhum qardaşının oğlu Qadirin yetkinlik yaşlarından etibarən ailə üzvlərinə əzab-əziyyət verdiyini, problemlər yaratdığını, bir neçə dəfə cinayət törətdiyini, dəfələrlə özünə xəsarət yetirdiyini, spirtli içki aludəçisi olduğunu göstərib: "Qardaşım onu pis əməllərindən çəkindirməyə, düzgün yola qaytarmağa çalışırdı. Qadir içəndə qardaşım əlinə çubuq götürüb onu sakitləşdirirdi. Həmişə oğlundan gileylənir, içib dava-dalaş saldığını deyirdi. Qardaşım evdə olmadığı vaxtlarda bir neçə dəfə ailə üzvləri "əmi, tez bizə gəl, Qadir bizi öldürür" dedikdən sonra onlara haraya getmişəm. Qadirin dava-dalaş saldığını, qapı-pəncərəni qırmasının dəfələrlə şahidi olmuşam. Hər dəfə əlinə balta-bıçaq alıb özünü öldürəcəyini deyir, heç kimi yaxına buraxmırdı".
Hadisə baş verən gün növbəti dəfə qardaşının ailə üzvləri N.Cahangirova zəng vurub "əmi, gəl, qırdılar bir-birini, reanimasiyadadırlar" deyiblər: "Dərhal xəstəxanaya getdim. Pilləkənlar, dəhliz, palata qan içərisindəydi. Qardaşımın başı parçalanmışdı, qan axırdı. Həkimlər tikiş qoymaq istəsələr də, Arif vəfat etdi. Qadirin də üst-başı qan içindəydi, qışqır-bağır salırdı".
Zərərçəkmiş məhkəmədən qardaşı oğluna ədalətli cəza verilməsini xahiş edib: "Qadir qardaşımı öldürmək məqsədilə vurub. Əvvəllər Qadirin atasını hədələməsini, onu öldürməyə cəhd etməsini görməmişəm, eşitməmişəm. Ədalətli cəza verilməsini xahiş edirəm".
Şahid qismində dindirilən Yəmən Abdulrazaqova ifadəsində qardaşının mütamadi olaraq spirtli içki qəbul etdiyini və evdə dava-dalaş saldığını göstərib. Günorta saatlarında xadimə işlədiyi məktəbdən evə qayıdan Yəmən qardaşının yenə də içkili vəziyyətdə olduğunu görüb: "Axşamtərəfi gördüm yenə də həyətdə qışqırır. Dava axtardığını bilib, öz otağıma keçib televizora baxdım. Bu vaxt Yeganənin qışqırıb köməyə adam çağırdığını eşitdim. Qadirin daxmadan balta götürüb Yeganəyə sarı gəldiyini görüncə Yeganəni otağa salıb qapını bağladım. Qadirin də üstünə qısqırıb dedim ki, apar, baltanı yerinə qoy".
Şahidin ifadəsinə görə, Arif Cahangirov oğluna "Qurban bayramı" günü içməsini irad tutduqda Qadir baltanı daxmaya qoyub geri qayıdıbmış: "Qadir onu əliylə itələdi, səndələsə də, yıxılmadı. Qadiri qorxutmaq üçün atam taxta parçası götürmək üçün talvara sarı getdi. Atamın talvara getdiyini görən Qadir dərhal daxmaya tərəf qaçdı. Onun balta götürəcəyini bilib qarşısını kəsdim. Məni itələyib yerə yıxdı. Bu vaxt atam əlindı taxta parçası Qadirə yaxınlaşdı. Qadir daxmanın giriş qapısından əlini çölə çıxardıb baltayla atamın başına zərbə endirdi. Sonra da özünü vurdu. Qonşuların köməkliyi ilə ikisini də xəstəxanaya apardıq". Məhkəmənin hökmü ilə Qadir Cahangirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.
1 manata görə içki aludəçisi olan oğul atasını baltaladı - ŞAMAXIDA DƏHŞƏT

loading...
-
Əhaliyə ŞAD XƏBƏR – Müavinət və təqaüdlər bu tarixdən artırılır
15:45
-
Vətəndaş narazıdır VİDEO
11:14
-
“Röyasına” haram qatanlar...
20:18
-
Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
19:36
-
Əcnəbi vətəndaş intihar həddində - Ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyuldu! - VİDEO
14:34
-
Bakıda girov saxlanılan qadın zülm-zülm ağladı: “Yalvarırıq, Cənab Prezident kömək edin” - VİDEO
13:56
-
Viskidən 3 şəxsin zəhərləndiyi "Baku City" restoranı bağlandı və sahibi saxlanıldı - VİDEO
12:15
-
Azərbaycanda prokurorluq əməkdaşından kuryoz əməl-Məhkəmə qərar versə də əcnəbi vətəndaşların pasportlarını girov saxlayır!
14:12
-
22 yaşlı azərbaycanlı Amerikada 70 min dollar maaş alır
16:31
-
Azərbaycan bayrağına qarşı hörmətsizlik
18:11
-
Bakıda qız sərxoş atasını bıçaqladı
18:10
-
Xalq artistininin əlinə pul verib alçaltdılar
15:47
-
Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA
15:47
-
Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar
15:25
-
Əmisi arvadını zorladı, sonra bogub öldürdü — Yevlaxda dəhşətli cinayət
14:56
-
Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
14:55
-
Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi - "Həyatın dadı duzu yerinə gəlib"
14:53
-
Bakıda evdə soba partladı - bir ailə yandı, uşaq öldü
10:21
-
Bakıda nənə və nəvə FACİƏLİ şəkildə öldü
17:46
-
Mənzillərə “kupça” verilməməsində “MTK maraqları”
17:45
-
Bakıda film kimi olay - Bəy toy günü başqa qıza qoşulub, ölkədən qaçdı
16:59
-
8 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
16:59
-
Azərbaycanda maraqlı hadisə - 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO
13:28
-
Bakıda qardaş bacının qanını tökdü
10:12
-
Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
10:08
-
Sənədsiz bina qalmayacaq - Prezident çoxmənzilli binalarla bağlı fərman verdi
14:51
-
Masallı rayonunda zəlzələ baş verib
09:57
-
Tacir Şahmaroğlu - Gözümün qarşısında anamı sürüyürdülər
16:19
-
Fədayə yenidən hakim qarşısına çıxacaq
16:16
-
Rusiyada şok olay: bu dəfə ağ deyil, qara rəngdə qar yağdı - FOTO
16:12
-
Nazir çörəyin qiymətindən danışdı
15:20
-
Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - Ölən şəxsin adı məlum oldu
13:55
-
Bakıya sulu qar yağacaq
13:55
-
Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda
12:33
-
Xeberci.az-ın xeyriyyə layihəsi - məşhurlar 150 nəfər əqli qüsurlu xəstələrə konsert verdilər - VİDEO
12:49
-
Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
11:27
-
Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
11:26
-
Şamaxıda yenidən vulkan püskürüb
11:25
-
Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
10:57
-
Azərbaycanda sürücü sərnişinin qucağında oturub avtobusu idarə edir - VİDEO
19:14
-
"Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - Nazənin
19:09
-
Bakıda əməliyyat - Seksual manyak tutuldu
19:09
-
63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTO
19:00
-
Bayram yarmarkası təşkil olunacaq - Tarixi və yeri açıqlandı
12:28
-
Bakının məşhur hamamında yanğın - ölən var
12:26
-
Azərbaycanlılar İstanbulda qəzaya düşdü - yaralılar var - FOTO
12:04
-
Bakıda film kimi hadisə
10:09
-
“Lotu Quli” avtoriteti güllələtdi - Yeni MÜHARİBƏ başladı
10:07
-
Bakıda xanım polis kapitanı qəzaya düşdü
10:06
-
"Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU
18:25
-
Ayaqları tutulan Ağakərimin son görüntüləri
18:19
-
Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - Pulları geri qaytaracaqlar
17:43
-
Bakıda avtobus "Toyota" ilə toqquşdu - YARALI VAR
14:46
-
Bir nəfər özünün dənizə atdı - FHN axtarışa başladı
14:45
-
Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO
14:44
-
Məşhur bankın rəhbər şəxsləri həbs edildi - Qanunsuz kreditlərə görə
11:14
-
"Səba" fermerlərə müraciət edir
11:12
-
Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT
11:11
-
Xalq artisti - Qalmaqallar, söz-söhbətlər mənlik deyil
11:11
-
Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisə
17:11
-
Flora Kərimovadan xalq artisti ilə sevgili olması xəbərinə reaksiya - “Ayıbdır”
17:10
-
BDU-nun tələbəsinin öldürülmə SƏBƏBİ üzə çıxdı
17:10
-
Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - ŞAD XƏBƏR
12:19
-
Bakının məşhur şirniyyat evində iyrənc mənzərə - Vitrində siçovullar gəzir - VİDEO
12:11
-
BDU-nun tələbəsi öldürüldü
10:50
-
Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü
10:49
-
Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
17:47
-
Azərbaycanda qrip virusu ilə bağlı son vəziyyət açıqlandı
17:14
-
“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları
16:23
-
Röyanın oğlu Hüseyn "102"-yə müraciət etdi
16:22
-
“Jara-2019”da çıxış edəcək məşhurların adları açıqlandı
14:42
-
Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR - VİDEO
13:08
-
Üç gün sonra əsgərliyə getməli olan gənci öldürənə ağır cəza
10:04
-
Bakı MDB-nin ən romantik şəhərləri sırasında
10:03
-
İlham Əliyev general rütbələri verdi
17:53
-
Bakıda ilk dəfə xəstəyə süni ürək qoyulub - VİDEO
17:51
-
Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA
17:50
-
Ürəkdağlayan an Ölüm anlarını mobil telefona çəkdilər/ FOTOLAR- VİDEO
17:33
-
"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama
17:07
-
Minanın sinə dekoltesi tənqid edildi
17:02
-
Bakıda dəm qazından zəhərlənmə - ana öldü, qızın vəziyyəti ağırdır
16:59
-
Mübarizin portreti erməni səfirliyində asıldı
16:59
-
Bakıda suçiçəyinə bənzər virus yayıldı
14:46
-
Azərbaycanda qadın yol polisinin postunda övlad dünyaya gətirdi - VİDEO
14:38
-
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu
11:16
-
Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB
11:15
-
Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı
16:07
-
Azərbaycanda məktəbdə biabırçılıq - Direktorla valideyn saçyolduya çıxdı - VİDEO
14:34
-
“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurdu - biri öldü, ikisi xəsarət aldı
14:32
-
Bakıda marketin qarşısında 50-55 yaşlı kişinin meyiti tapıldı
14:27
-
Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi
14:26
-
Sosial şəbəkədə “tutduğu” qadını girov saxladı, dəfələrlə zorladı – Bakıda şok hadisə
14:24
-
Azərbaycanda əməliyyat – 150 nəfər saxlanıldı
14:23
-
Rəqsanədən Xatunun barışıq jestinə cavab - "Gərək üz qoyaydın..."
14:15
-
Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz
11:08
-
Balakəndə qardaşlar qəzaya düşdü - ölən var
11:05
-
Bakıda dönər evində gənc özünü doğradı - VİDEO
11:04
-
Bu iyrənc yerdə hazırlanan süd məhsulları almayın
17:37
-
Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
17:36
-
İş adamı şəhid qızını vurub öldürən oğluna görə rüşvət verib - 52 min
16:50