
Türkiyədə FETÖ təşkilatına qarşı aparılan araşdırmalar davam edir.
Xeberci.az xəbər verir ki, təşkilatı rəhbəri Fətullah Gülənin əmisioğlu Kəmaladdin Gülən həbs edilib. Məlumata əsasən, daha əvvəl K. Gülən İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsində aparılan proses zamanı “Silahlı terror təşkilatına üzv olma” maddəsi ilə ittiham olunub və barəsində 7 il 6 ay həbs cəzası verilib. Sonra isə məhkəmə onun ölkədən çıxmasına qadağa qoymaqla sərbəst buraxılmasına qərarı verib. Prokurorluğun etirazlarından sonra İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi Gülən haqqında həbs qərarı verib. O, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.(qafqazinfo)