Xanəndə qızını çimərliyə getdiyi üçün bıçaqlayan ana AZADLIQDA

Xanəndə qızını çimərliyə getdiyi üçün bıçaqlayan ana AZADLIQDA

Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlamaqda təqsirli bilinən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə davam edib.

Xəbərçi.az lent.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Aynurə Rüstəmova barəsində şərti cəza hökmü çıxarılıb.

Xatırladaq ki, təqsirləndirilən ana qızının xanəndə olduğunu bildirib. İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


loading...