Samux rayonunda oğul atasını döyərək xəstəxanalıq edib.
Xəbərçi.az report-a istinadən məlumat verir ki, hadisə rayonun Sərkər kəndində baş verib.
Belə ki, naməlum səbəbdən ata-oğul arasında mübahisə yaranıb. Nəticədə ata oğlu tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.