Sevdiyi qızı və atasını öldürənə AĞIR CƏZA

Sevdiyi qızı və atasını öldürənə AĞIR CƏZA Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Xəbərçi.az ölkə.az-a istinadən bildirir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda prokuror çıxış edərək onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim  Samir Əliyev təqsirləndirilən Sabir Hacıyevin ömürlük azadlıqdan məhrum edib.

Qeyd edək ki, ötən ilin sentyabrında Bakı-Şamaxı yolunun ''Sulutəpə'' ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri - 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Şahidlərin sözlərinə görə, Sahib Hacıyev maşından götürdüyü bıçaqla qadının boğazına, onun atasının isə bədən nahiyəsinə çoxsaylı zərbələr vurub. Ətrafdakılara isə ailə məsələsi olduğunu deyərək yaxına gəlməmələrini istəyib.

Sahib Hacıyev ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.


loading...