74 yaşlı kişi pensiya kartı üstündə ARVADINI BIÇAQLADI

74 yaşlı kişi pensiya kartı üstündə ARVADINI BIÇAQLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 74 yaşlı İbadullah Mənsimova hökm oxunub.

Xəbərçi.az qafqazinfo.az-a istinadən bildirir ki, hakim Tamila Nəsrullayevanın icraatında olan prosesdə məhkəmə kollegiyası İ.Mənsimova şərti cəza verib. İstintaq dövründə də azadlıqda olan İbadullah Mənsimov həbs edilməyib.

Qeyd edək ki, Sabunçu rayonunda yaşayan İ.Mənsimov həyat yoldaşı Tərgül Mənsimovadan pensiya kartını istəyib, qadın isə kartı verməyib. Əsəbləşən kişi arvadını bıçaqlayıb, onun həyatını xilas etmək mümkün olub. 


loading...