Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Xəbərçi.az məlumat verir ki, bu barədə trend-ə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib. Vəkil bildirib ki, F. Laçın prosesdə iştirak edib: "Fədayə prosesdə çıxış etdi və xahiş elədi ki, qərar ləğv edilsin və istintaq dövründə azadlıqda qalsın. Bildirki ki, onun istintaqdan yayınmaq fikri olmayıb və həbs ediləndə də istintaqa özü gəlib. Lakin məhkəmə şikayətimizi təmin etmədi.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi F.Laçının barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb. F. Laçının vəkili isə qərardan şikayət vermişdi
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.