Azərbaycanlı futbolçu həbs olundu - 750 manat hesaba görə

Azərbaycanlı futbolçu həbs olundu - 750 manat hesaba görə

İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Xəbərçi.az qafqazinfo.az-a istinadla məlumat verir ki, adıçəkilən şəxslər kafedə yeyib içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib. 

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 

Məhərrəm Məhərrəmov "İnter" komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O. Atayev 8 il, M. Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses yanvarın 29-da davam etdiriləcək.


loading...