Baş Prokurorluq Prezident Administrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Xəbərçi.az məlumat verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov trend-ə açıqlamasında yayılan məlumatları təkzib edib. Qurum rəsmisi bildirib ki, F.Abdullazadənin ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.