Rusiyalı idmançını öldürən azərbaycanlıya ömürlük həbs verilə bilər

Rusiyalı idmançını öldürən azərbaycanlıya ömürlük həbs verilə bilər

Rusiyalı idmançı Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb.

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, bu barədə Rusiyanın Xabarovsk Vilayət Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, iş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. 


loading...