Bakı Apellyasiya məhkəməsində şikayətə münasibət bildirən Fədayə Laçın cəzasını çəkməyə hazır olduğunu deyib.
Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, F.Laçın prosesdə bildirib ki, Bakı İstintaq Təcridxanasında cəza çəkməyi səhhətinə ciddi təsir edir:
"Səhhətimdə problem var. Mənim cinayətim sübuta yetirilərsə, cəza çəkməyə hazıram. Təcridxana əməkdaşlarından şikayətim yoxdur. Sadəcə şərait məni sıxır. Mən aldadılmışam".