İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib.
Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər.
Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, onlar bu addımı zorlamada təqsirləndiklərinə etiraz olaraq atıblar.