12:54
Bu gün Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi keçirilib.
Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, vəsatətə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılıb. F.Laçının vəsatəti təmin edilməyib.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Ə.Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri F.Laçındır. F.Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
-----------
12:07
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi keçirilir.
Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, vəsatətə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılır. Proses jurnalistlər üçün qapalı keçirilir. Prosesdə F.Laçın iştirak edir.