Sabiq MTN polkovnikləri məhkəmədə ifadə verdilər - YENİLƏNİB

Sabiq MTN polkovnikləri məhkəmədə ifadə verdilər - YENİLƏNİB

15:38

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Xəbərçi.az report.az-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən N.Alıyev Ağaisa Mahmudov epizodu üzrə ifadə verib.

O, ittihamları qəbul etmədiyini deyib.

Daha sonra digər təqsirləndirilən F.Əliyev dindirilib. O, Daşkəsən epizodu üzrə ifadəsində ittihamları rədd etdiyini söyləyib. Onun sözlərinə görə, həmin hadisə zamanı əməliyyatda iştirak etməyib.
Məhkəmədə fasilə elan olunub.

-----------

 

14:56

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Xəbərçi.az məlumat verir ki, vəkil İlyas Kərimov apa-ya açıqlamasında deyib ki, təqsirləndirilən Natiq Alıyev və Fizuli Əliyev ifadə veriblər. Hər iki şəxs özlərini təqsirli bilməyib, verilən ittihamları qəbul etməyiblər.
 
Proses fasilədən sonra davam etdiriləcək.
 
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
 
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )v' digər maddələri ilə ittihamlar irəli sürülüb.


loading...