Bakıda narkotik yetişdirən polis mayoruna hökm oxundu

Bakıda narkotik yetişdirən polis mayoruna hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Rzayev 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Rzayev Bakının Xəzər rayonu, Qala qəsəbəsində özünəməxsus bağ evinin həyətində 50 ədəd çətənə kolunu qanunsuz olaraq yetişdirib.

Ona Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


loading...