Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban Əliyeva bu dəfə buğlama bişirib. Xəbərçi.az bildirir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə məlumat verib. L.Əliyeva balıq buğlamasının anası Mehriban Əliyeva tərəfindən hazırlandığını açıqlayıb:
"Anamın bişirdiyi balıq buğlaması! Anam nə bişirsə, dadından doymaq olmur, çünki hər xörəyə böyük qəlbinin hərarətini qatır! Hamıya uğurlu gün arzu edirəm! Çox sağ olun!".