Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Fevralın 19-da ölkə ərazisində hava şəraiti dəyişəcək.

Bunu Xeberci.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sabah Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçməsi gözlənilir:

“Fevralın 19-da havanın temperaturu 5-6 dərəcə aşağı enəcək. Gün ərzində 2-3 dərəcə isti müşahidə olunacaq. Fevralın 19-dan 20-nə keçən gecə temperatur 0 dərəcəyə yaxınlaşacaq. 

Umayra Tağıyeva  qeyd edib ki, fevralın 20-də gündüz isə yağıntı olmayacaq.


loading...