"Səba" fermerlərə müraciət edir

"Səba" fermerlərə müraciət edir

"Fermerlər əllərində olan südü bizə sata bilərlər. Bunun üçün fermerlərin "Səba"-nın Biləsuvarda yerləşən südçülük müəssisəsinə müraciət etmələri kifayətdir” – "Səba" şirkətinin ictimaiyyətlə əlaqələr bölməsi belə məlumat yayıb.

Xeberci.az-ın məlumatına görə, şirkətdən bildirilib ki, son zaman bazarda yaranmış mövsümi süd çoxluğu fermerlərin məhsullarının əllərində qalmasına səbəb olub. Yalnız təbii süddən istifadə edən və istehsal həcmini artıran şirkət fermerlərdən xam südü onlar üçün sərfəli qiymətə alır. Bunun üçün Fermerlər südü Səba-ya təhvil vermək üçün (+994) 50 245 88 97 nömrəli telefona zəng edə bilərlər.

"Səba şirkəti bir neçə ildir ki, Rusiya bazarına quru süd ixrac edir. Bu il artıq Gürcüstan da bizim məhsulun alıcısı olub. İrandan quru süd sifarişi almışıq. Hazırda xam südə ehtiyacımızı ödəməklə yanaşı, bizim xammal mənbəyimiz olan fermerlərin öz məhsullarını reallaşdıra bilmələrinə və ayaq üstə qalmalarına çalışırıq” – "Səba"dan bildirilib.

Şirkətdən məhsul almaq istəyini "Aqrar Tədarük və Təchizat” ASC də bildirib və hələ satış olmasa da, bu barədə müqavilə imzalanıb.

"Səba"nın süd zavodu günlük 200 ton süd qəbul və emal etmək gücünə malikdir. Müəssisədə yağ, qatıq, xama, qaymaq, ayran, dovğa, pendir, kəsmik, quru süd kimi məhsullar istehsal olunur.

Qeyd etmək lazımdır ki, "Səba" brendi Azərbaycanda süd məhsulları halallıq sertifikatı almış yeganə markadır. Müəssisənin süd məsulları GİMDES Halal Sertifikatı ilə təltif edilib.

"Səba" bütün süd məmulatlarını şüşə qablaşmada buraxan ilk yerli brend kimi Azərbaycanda sağlam qablaşdırma ənənəsinin əsasını qoyub.

"Səba" süd məhsulları içərisində kərə yağı xüsusi tələb olunan məhsuldur. Nehrə üsulu ilə, südün qaymağından yığılan 82.5% kərə yağı tərkibli Səba yağı təbiiliyi, keyfiyyəti və istehsal standartı ilə Almaniya və Hollandiyanın premium kərə yağı brendləri ilə rəqabət qabiliyyətinə malikdir. Səba-nın fermerlərdən topladığı südün keyfiyyətinə verdiyi tələbin səbəblərindən başlıcası da həmin süddən hazırlanan yağın tərkibinin yüksək dərəcədə təmizliyidir.


loading...
Günün çox oxunanları
Həftənin çox oxunanları