Bakının daha bir məktəbində bilet qalmaqalı

Bakının daha bir məktəbində bilet qalmaqalı

Son günlər Bakının bəzi məktəblərində Yeni il şənlikləri ilə bağlı pul yığılması ilə məlumatlar yayılır. Bir neçə gün əvvəl 194 nömrəli məktəbdə müəllimlərə şagirdlərdən bilet pulu yığılması barədə göstəriş verilib.

Məsələ ilə bağlı məktəblə əlaqə saxladıq.

Xeberci.az-a istinadən xəbər verir ki,194 nömrəli tam orta məktəbdən oxu.az-a verilən məlumata görə, bilet məsələsi valideynlərin xahişi ilə baş verib: 

“Valideynlərin xahişi ilə məktəb rəhbərliyi tərəfindən Yeni il şənliyi üçün sinif rəhbərlərinə könüllü surətdə bilet paylanılıb. Bu gün sinif rəhbərləri ilə iclas keçirilib, bütün biletlər geri götürülüb.

Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur:

“Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”.

Qeyd edək ki, 231 nömrəli məktəbdə də Yeni il şənliyi ilə bağlı məcburi biletin satılması barədə göstəriş verilmişdi. 


loading...