Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq

Paytaxtın Səbail rayonun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Xeberci.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, bu gün axsam saat 22:00-dan etibarən adıçəkilən ərazilərdə içməli suyun verilişi dayandırılacaq:

“Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 17 dekabr tarixində saat 22:00-dan etibarən Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq” .

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


loading...