"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçı

"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçı

Ölüm yatağında olan kişi və ya qadın, qoca və ya cavan olmasında asılı olmayaraq can verən zaman üzü qibləyə tərəf uzadılmalıdır. Can verən adamın yanında tək qadın qalmalıdır. Onun yanında həddindən artıq bərkdən ağlamaq və ya ucadan danışmaq olmaz. Öləni otaqda tək qoymaq olmaz. İnsan vəfat edəndən sonra onun gözlərini, ağzını yumur, çənəsini bağlayır, əllərini və ayaqlarını düz uzadırlar ki, meyit eybəcər vəziyyətə düşməsin. Sonra onun üzünü ağ parça ilə örtürlər. Əgər ölüm gecə baş veribsə, onun yanına şam yandırıb qoyurlar. Adət-ənənəyə görə, insan öləndən sonra meyit dərhal yuyulmalı və pak olmalıdır. Amma şəhid dəfn edilən zaman yuyulmamağı ilə bağlı hədislər mövcuddur. 

"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçı

Xeberci.az xəbər verir ki, bununla bağlı big.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, şəhidlər dəfn edilən zaman yuyulmur: “Bunun da səbəbi odur ki, müharibə şəraitində olan çox zaman su tapılmır. Ona görə də şəhid olan şəxs paltarı ilə birlikdə dəfn edilir. Bu məsəldən hansısa bir möcüzə axtarmağa ehtiyac yoxdur. Ümumiyyətlə, “Qurani Kərim”də insanın necə dəfn edilməsi ilə bağlı heç bir şey yoxdur”. 


"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçı

İlahiyyatçı alim Əkrəm Həsənov da şəhidin yuyulmadan dəfn edilməsini qeyd edib: “Qurani Kərimdə şəhidlər Allah yanında diri adlandırılıb. Şəhidlərin Allah yanında hörməti haqqında çoxlu hədislər mövcuddur. Məhəmməd peyğəmbərin şəhidlərin Cənnət bağında uçması, Cənnətdə olan quşlarla bərabər orada olan nemətlərdən qidalanması barədə hədisləri var. Həmçinin Allah Rəsulu şəhidlərin elə öldüyü kimi olduğu paltarda, qanlı, yaralı halda dəfn olunmasını buyurub. Çünki bu, şəhidlərin qiyamət günü həmin qan damlalarının, yaralı bədəninin onun şəfaətinə nail olacağı bildirilir. Bir hədisdə deyilir: “Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar". Hz. Peyğəmbərin əmri ilə Uhud şəhidləri də yuyulmamış, qanlı patlarları ilə dəfn olunmuş və onlara cənazə namazı da qılınmamışdır. Bunun səbəbi şəhidlərin üstün məqamda olması, Allah yanında diri adlandırılması, həmçinin onun qanlı, yaralı olması onun şəhid olmasını sübut etmək üçündür”.


loading...