Xalq artistininin əlinə pul verib alçaltdılar

Xalq artistininin əlinə pul verib alçaltdılar

Müğənni Nadir Qafarzadə yenidən müzakirələrə səbəb olacaq açıqlama verib. 

Xeberci.az musavat.com xəbər verir ki, müğənni Mətanət Əsədovanın ad günü məclisində xanəndə Könül Xasiyevanın əlinə pul verilməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkədə geniş müzakirə olunan hadisəni istifadəçilər qınayıb. Onlar bildiriblər ki, müğənnilər kameralar qarşısında K.Xasiyevaya pul verərək onu alçaldıblar. 

Nadir Qafarzadə də sözügedən məsələyə biganə qalmayıb. O, müğənninin əlinə pul verilməsini dilənçilik adlandırıb: “Təkcə bu xalq artisti (Könül Xasiyeva) deyil, demək olar ki, məclisdə 70-80 faiz kişili, arvadlı dilənib. Bir-iki biznesmen görüb, özlərini “buraxıblar”. Amma özlərinə hörmət qoymayanlar efirdə ağızdolusu kişilikdən dəm vururlar”. 

Sosial şəbəkədə Nadirə dəstək olanlar da olub, onu sözlərinə görə qınayanlar da... 

Qeyd edək ki, ad günü partisində mahnı oxuyan xanəndəyə qonaqlar şabaş verib. Kimi Xasıyevaya 100 dollar, kimi də 100 manat bağışlayıb. 

 


loading...