Şəbnəm Tovuzlu "həci"dən danışdı - "Deyirlər ki, qocadır, çirkindir"

Şəbnəm Tovuzlu "həci"dən danışdı - "Deyirlər ki, qocadır, çirkindir"

"Onun yeganə sevdiyi ifaçı Mətanət İsgəndərli olub. Balaca qayınım fanatım olub. Oturub kompüterdə mənə baxırmış. Yoldaşım da gəlib ki, öldünüz baxmaqdan, bəsdirin. Gəlib kompüterə baxıb, bəyənib".

Xeberci.az  xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu axşam.az-a müsahibəsində oğlunun atası "həci" ilə tanışlığından danışarkən belə deyib.

İfaçı tanışlıqlarının və münasibətlərinin bəzi məqamlarını açıqlayıb:

"Sonra məclislərinə çağırdılar. Tanışlığımız oradan başladı. 3 ay telefonla danışmışıq. 8 ay dost olduq. Sonra sevgi münasibətimiz başladı. Ən pis ərəfədə qarşıma çıxdı. 6 ildir birlikdəyik. Heç vaxt bir sözünü iki etməmişəm. Onu göstərmirəm, çünki bu aləmə inamım yoxdu. İlk həyatımda üzə çıxardım, başıma gəldi". 

Şəbnəm oğlunun atasını üzə çıxartmasının səbəbini belə izah edib: "Oğlumun kiçik toyunda yoldaşım da orada oldu. Şou-biznesin 99 faizi dəvətli idi. Heç kim cəsarət edib şəkil çəkə bilməzdi. Hər masanın başında bir cangüdən qoyulmuşdu, kim çəksə, alıb telefon sındırılacaqdı, özü də məclisdən qovulacaqdı. Yoldaşım mikrofonu aldı hamını salamladı. Dedi nə məcburdu məni kütlə tanısın, mən varam. Deyirlər qocadı, çirkindi paylaşmır. 42 yaşı var, çox da yaraşıqlıdır. İdmançıdır, boyu-buxunu, utanılacaq yanı yoxdur. Onun şəklini qoysam, onsuz da söyəcəklər".


loading...