Afətin ifası Flora Kərimovanı özündən çıxardı - “Ağlınızı başınıza yığın...”

Afətin ifası Flora Kərimovanı özündən çıxardı - “Ağlınızı başınıza yığın...”

Müğənni Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez etməsi və bayağı şəkildə ifası daha bir məşhuru özündən çıxarıb. 

Xeberci.az baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə Xalq artisti Flora Kərimova "Pəncu şeş" mahnısı ilə bağlı narazılığını bildirib. 

Sənətkar "Instagram" hesabında A. Fərmanqızının ünvanına bunları yazıb:

“Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın. Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyyəm var: Övladlarım, pis mahnıya 2-ci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız”.

Xatırladaq ki, sözügedən mahnının ifaçısı A. Fərmanqızı "Pəncu şeş" mahnısını təqdim edər-etməz sosial şəbəkə istifadəçilərinin tənqid və təhqirləri ilə üzləşmişdi. O onlara "Nəsimi özü yuxuma girdi və təklif etdi. İdeyanı da rəhmətlik özü verdi. Nəsimi özü mənə icazə verdikdən sonra siz kimsiz?", - yazaraq, cavab vermişdi. 



loading...