Kərim və Rəqsanə Təranəyə söz atdı - "Deyəcəklər, ondan sonra birləşdilər"

Kərim və Rəqsanə Təranəyə söz atdı - "Deyəcəklər, ondan sonra birləşdilər"

Müğənni Kərim Abbasovla Rəqsanə İsmayılova sosial şəbəkədə birlikdə video paylaşıb. 

Xeberci.az axsam.az-a istinadən xəbər verir ki, Kərim Moskvada Rəqsanənin evində qonaq olduğunu, bir neçə gün orada qalacağını bildirib. 

Rəqsanə isə videoda "Deyəcəklər, bir şeydən sonra birləşdilər" sözlərini söyləyərək, hazırda həbsxanada olan prodüser Təranə Səmədovaya söz atıb. 

Kərim isə "Bizim həmişə münasibətimiz olub. Bir şeyin bizə aidiyyatı yoxdur" cavabını verib. 

Rəqsanə isə daha sonra "Allah hamının köməyi olsun, darda qoymasın. Biz əkizlər bürcünün nümayəndələrinin ürəyiyumşaqdır, həmişə başından vururlar" sözlərini əlavə edib.

Qeyd edək ki, T.Səmədova ilə Kərim və Rəqsanə illərdir küsülüdür. Təranə ifaçının qızı Aysünla bağlı açıqlama verən zaman Kərim onu müdafiə edib, Təranənin ünvanına təhqirlər yazmışdı. 


loading...