Tolik Yeni ili Portuqaliyada qarşıladı - “Kasıb, amma maraqlı ölkədir” - VİDEO

Tolik Yeni ili Portuqaliyada qarşıladı - “Kasıb, amma maraqlı ölkədir” - VİDEO

Prodüser, aparıcı Tarix Əliyev Yeni ili Azərbaycandan kənarda qarşılayıb.

Xeberci.az xəbər verir ki, o, istirahət günləri səmərəli keçirərək ən çox olmaq istədiyi ölkəyə, Portuqaliyaya üz tutub. Tolik əcnəbi ölkədə Azərbaycan bayrağına bürünərək həm xalqımızı bayram münasibətilə təbrik edib, həm də Portuqaliya ilə bağlı təəssüratlarını bölüşüb:

“Mən də özümə kiçik istirahət planı götürdüm və görmədiyim ölkələrdə oldum. Əsas da Portuqaliyada olmaq istəyirdim. Portuqaliya demək olar ki kasıb ölkədir, amma maraqlıdır və Barselonadan fərqli olaraq “talkuçka” deyil. 

Barselonada şəhərin mərkəzində yerdə idman ayaqqabıları, paltar, maqnit, sumka, bir sözlə, hər şey satılırdı. Amma Lissabon həm gəzməli, həm də sakit yerdir”.


loading...