Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Xeberci.az xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyevbildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib. 

Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib. 

Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz. 

Buna görə məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb. 


loading...