"Küçədə "şəpit" satırdım" - Elməddin

"Küçədə "şəpit" satırdım" - Elməddin

ARB TV-nin “Boş anlar” verilişinin növbəti qonağı aktyor Elməddin Cəfərov olub.

Xeberci.az-ın məlumatına görə, aktyor tələbəlik illərində yaşadığı çətinliklərdən danışıb:

“Birinci kursda universitetdə ən imkanlı uşaqlardan biri idim. Atamın imkanı yaxşı idi. O vaxt kaşmir paltolar dəbdəydi və çox baha idi. Bəlkə də universitetdə rektor və tələbə olaraq mən geyinirdim belə şeyləri.

IV kursa çatana kimi uçurumlar yaşadım. Həmin vaxt artıq küçədə “şəpit” satırdım. Satmağa məcbur idim, çünki evin kişisi mən idim. Çox az qazancım var idi. Avtobusla getməməli və yemək yeməməli idim. Onun dərdindən piyada gedib-gəlirdim. Amma ac da qalmırdım. Evdən pomidor, bir az çörək və su aparırdım. Suda problem yaşayırdım. Çünki yayda su o qədər qaynar olurdu ki, içiləsi olmurdu, amma birtəhər içirdim. Hamı sərin su içəndə baxırdım ki, ay Allah sərin su... Ən adi bir şey idi, amma o belə əlçatmaz idi.

Mənə yuxarıdan aşağı baxırdılar. Deyirdilər ki, “Nə oldu? İmkanlı idiz bəs, indi gəlib “şəpit” satırsan?". Mən də hər zaman deyirdim ki, gün gələcək normal bir yerdə olacam və mənimlə fəxr edəcəksiz. Gülürdülər... Deyirdilər hə yaxşı “şəpit”ini sat”.


loading...