"Mənim bir Allahım var, o da göydədir, bir də cənab Prezidentdir" - Deputat

"Mənim bir Allahım var, o da göydədir, bir də cənab Prezidentdir" - Deputat

Xəbər verdiyimiz kimi, Lerikin Kaqoy kəndində özünü "ikinci Allah" adlandıran Məmmədsəfa adlı molla peyda olub.

Xeberci.az ölkə.az-a istinadla xəbər verir ki, sözügedən şəxsin yanına yüzlərlə inanclı insan pənah gətirir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədsəfa adlı mollanın yanına gedib-gələnlər arasında tanınmış incəsənət adamları və məmurlar da, o cümlədən sabiq müdafiə naziri Səfər Əbiyev və Milli Məclisin deputatı Əliağa Hüseynov da olub.

Məsələni dəqiqləşdirmək üçün Əliağa Hüseynovla əlaqə saxladıq.

Deputat açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib: "Bu xəbərlər doğru deyil. Mən heç indiyədək Lerikdə olmamışam. Digər tərəfdən isə mən məmur deyiləm, təqaüdçüyəm. Ora getmək mənə lazım deyil.

Mənim bir Allahım var, o da göydədir. Birdə ki, cənab Prezidentdir, vəssalam".


loading...
Günün çox oxunanları
Həftənin çox oxunanları