Gündəlik aspirin qəbulunun faydası açıqlandı

Gündəlik aspirin qəbulunun faydası açıqlandı

Gündəlik olaraq aspirin qəbulu xərçəngdən əziyyət çəkən insanlarda sağ qalma ehtimalını 78 faiz artırır.

Xeberci.az xəbər verir ki, Kaliforniya Universitetindən olan tədqiqat qrupu belə bir qənaətə gəlib.

Elmi işin nəticələri “Journal of Experimental Medicine” nəşrində dərc olunub.

Alimlər iltihab əleyhinə qeyri-steroid praparatların qəbulu ilə PIK3CF mutasiyalı geni olan xərçəng xəstələrinin yüksək sağ qalma ehtimalı arasında qanunauyğunluğu ortaya çıxarmağa çalışıb.

Tədqiqat üçün mütəxəssislər baş və boyun nayihələrində olan xərçənglə beş ilə sağ qalmış 266 pasiyentin tibbi məlumatlarını təhlil edib. Belə xəstələrdə bədxassəli şişlər boyun-baş nayihəsinin 30-dan çox sahəsində, o cümlədən, ağız və boğazda müşahidə olunub. Xəstələrdən 75-də PIK3CA mutasiyalı geni aşkarlanıb.

Alimlər müəyyən edib ki, qeyd olunan mutasiyalı geni olan pasiyentlərdən altı ay ərzində mütəmadi olaraq aspirin qəbul edənlərində beş il ərzində sağ qalma ehtimalı 25 faizdən 78 faizə qədər yüksəlib.

Tədqiqat qrupu gələcəkdə aspirin qəbulu ilə bədənin digər sahələrində meydana gələn bədxassəli şişlərin müalicəsini araşdırmaq niyyətindədir.


loading...