Bakıda qardaş bacının qanını tökdü

Bakıda qardaş bacının qanını tökdü

Gecə saatlarında paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xeberci.az oxu.az-a istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Nağıyeva Xatirə Xeyrulla qızı yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb. 

Yaralı üç bıçaq zərbəsi alıb. X.Nağıyeva Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.

O.Nağıyevin yaxınlarının dediyinə görə o, son bir həftədir səhhətində ciddi problemlər yaşayıb.

Qarabasmalar, qorxu, fərqli davranışlar görsələr də, onunla bağlı aidiyyəti orqana müraciət olunmayıb. 

Faktla bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma aparılır. 

Daha bir bıçaqlanma hadisəsi Ramana qəsəbəsi, Zərdabi küçəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Hüseynov İlham Şahəddin oğlu naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanıb. 

İ.Hüseynov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Ona kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. 


loading...