Bakıda əməliyyat - Seksual manyak tutuldu

Bakıda əməliyyat - Seksual manyak tutuldu

Bakıda seksual manyak tutulub.

Xeberci.az Publika-ya istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsi əməkdaşları Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə axtarışda olan şəxsi saxlayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda bir neçə qadına qarşı seksual xarakterli hərəkətlər etmiş Cavanşir Hüseynov tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


loading...