Tramp pornoulduzu uddu

Tramp pornoulduzu uddu

Məhkəmə prezidentin xeyrinə qərar verib. Dünyanın supergücü hesab edilən ABŞ prezidenti Donald Tramp pornoulduzla məhkəminin qalibi olub. 

Xeberci.az xəbər veri ki, Stormi Deniels kimi tanınan porno ulduz Stefani Klifford Tramla sevgi münasibətinə görə məhkəməlik olmuşdu. Bu barədə Ağ evin mətbuat xidmətinin başçısı Sara Sanders məlumat verib. Onun sözlərinə görə, Kliffordun dedikləri tamamilə yalandır və bu məhkəmədə sübut edilib. Əlavə məlumat üçün o, Trampın vəkilinə müraciət etməyi məsləhət görüb. 

Xatırladaq ki, böyüklər üçün olan filmlərin qəhrəmanının iddiasının səbəbi prezidentlə arasındakı seksual münasibətin gizliliyi ilə bağlı olub. Onun sözlərinə görə, ikili arasında bu məlumatların yayılmaması barədə razılaşma olub. Lakin Tramp ondan fərqli olaraq müqaviləni imzalamayıb. Aktrisa müqavilənin etibarsız hesab edilməsini tələb edib. İddiaya görə, Trampla Klifford arasında münasibət 2006-2007-ci illərdə olub. Prezident seçkisi öncə keçirilən kampaniya zamanı pornoulduzun susması üçün 130 min dollar pul verilib.

 


loading...