“Çelsi”nin futbolçusu “Qarabağ”la matçda meydana çıxmağa ehtiyat edir

“Çelsi”nin futbolçusu “Qarabağ”la matçda meydana çıxmağa ehtiyat edir

İngiltərənin "Çelsi” komandasının futbolçusu N Qolo Kante Çempionlar Liqasının IV turunda "Qarabağ”la Bakıda keçirəcəkləri matçda meydana çıxmağa ehtiyat edir.

Bu barədə 26 yaşlı yarımmüdafiəçisi özü "Evening Standard”a açıqlamasında bildirib.

Budunun arxa səthinin zədələnməsi səbəbindən 6 matçda meydana çıxa bilməyən Kante İngiltərə Premyer Liqasının XI turunda "Mançester Yunayted”lə görüşdə 90 dəqiqə forma geyinsə də, yenidən zədələnməkdən qorxur. Fransalı oyunçunun sözlərinə görə, futbolçu bir neçə matçı buraxanda stress keçirir: "Mənə daha çox özünəinam lazımdır. Bu cür zədələrdən sonra meydana çıxan zaman qorxu hiss edirsən. Bir həftəlik məşqdən və oyundan sonra özümü yaxşı hiss edirəm. Uzun müddət kənarda qaldım, tibbi heyətlə çalışdım. Hər kəsə dəstəyə görə təşəkkür edirəm. Meydana qayıtdığım və qələbə qazanmağa kömək etdiyim üçün sevinirəm. Oynamayanda stress keçirirsən. Matçları kənardan izləmək qəribə hissdir”.

Qeyd edək ki, "Çelsi” noyabrın 18-də Premyer Liqanın XII turunda "Vest Bromviç”in qonağı olacaq. "Qarabağ”la görüş isə 4 gün sonra Bakı Olimpiya Stadionunda 


loading...