Dünya Çempionatında bugünkü oyunların siyahısı

Dünya Çempionatında bugünkü oyunların siyahısı

Bu gün dünya çempionatında 3 oyun keçiriləcək.

XƏBƏRÇİ.AZ  unikal.org-a istinadən  xəbər verir ki, günün ilk matçında meydana Misirlə Uruqvay milliləri çıxacaq. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsinə maraq kifayət qədərdi.

Uruqvay FİFA sıralamasında 17-ci, Misir isə 46-cı yerdədir. Qarşılaşma Yekaterinburq şəhərində 35 min nəfərlik "Yekaterinburq Arena”da oynanılacaq.

Bu gün B qrupunda da mübarizəyə start veriləcək. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirəcək.

Günün son qarşılaşmasına maraq daha böyükdü. Dünya çempionatında Pireney derbisi baş tutacaq. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gələcək. Hər iki komanda qrupu birinci pillədə bitirmək niyyətindədir. İspaniya hazırda FİFA reytinqində 8-ci, Portuqaliya isə 4-cü sıradadı.

DÇ-2018. 1-ci tur

15 iyun

  A qrupu


16:00. Misir - Uruqvay
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi arena

B qrupu

19:00. Mərakeş - İran
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, "Krestovski” stadionu

22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt” stadionu


loading...