Bu da “Real Madrid”in yeni baş məşqçisi

Bu da “Real Madrid”in yeni baş məşqçisi

“Real” yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib.

51 yaşlı mütəxəssis klubla 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bundan əvvəl “Real Madrid”ə Zinəddin Zidan rəhbərlik edib. O, mayın sonunda gözlənilmədən vəzifəsindən gedib.

Lopeteqi öz növbəsində İspaniya yığma komandasının baş məşqçisi postunu tutub. O, komanda ilə DÇ-2018-də çıxış etməyə hazırlaşdığı bir vaxtda, İspaniya Futbol Federasiyası rəhbərliyi mütəxəssisin onları Real ilə danışıqlar aparması barədə xəbərdar etmədiyinə görə, mundial öncəsi onu tutduğu vəzifədən istefaya göndərib.


loading...