Ronaldo qərarını verdi

Ronaldo qərarını verdi

Portuqaliyanın milli futbol komandasının ulduzu Kriştiano Ronaldo “Real Madrid”dən ayrılmaq üçün qəti qərar qəbul edib. Bu qərarın səbəbi isə klub prezidenti Florentino Perezin müqavilənin şərtlərini yaxşılaşdırmaq üçün verdiyi sözü tutmaması olub.

Belə ki, “Real Madrin”in baş direktoru Xose Angel Sançes Ronaldonun mətbuat katibi Corc Mendes ilə görüşüb. O, görüş zamanı Ronaldonun şərtlərini qəbul etməyə hazır olmadıqlarını bildirib.

Kriştiano Ronaldo keçən mövsüm “Real”da  44 oyun zamanı 44 qol vurub və üçüncü dəfə Çempionlar Liqasının qalibi olub.


loading...