Türk mətbuatı "Qarabağ"dan yazdı

Türk mətbuatı "Qarabağ"dan yazdı

Türkiyə mətbuatı "Qarabağ"dan yazıb.
 

Xəbərçi.az bildirir ki, Türkiyənin milliyət saytında Qardaş "Qarabağ" tarix yazdı! -  "Atletiko"ya zərbə başlıqlı xəbər yayımlanıb.

Xəbərdə deyilir ki, Çempionlar Liqasında ilk dəfə oynayan Azərbaycan komandası "Qarabağ", öz stationunda dünya nəhəngi "Atletiko Madrid"lə qolsuz bərabərə qalaraq tarixi uğura imza atıb.

UEFA Çempionlar Liqası C Qrupu 3-cü həftə oyununda Azərbaycanın "Qarabağ" komandası, meydançasında İspaniya təmsilçisi "Atletiko Madrid"lə 0-0 bərabərə qalıb.

 

Paytaxt Bakıdakı Olimpiya Stadionunda baş tutan oyunu Fransız hakim Ruddy Buquet idarə edib. Qarşılaşma heç-heçə hesabla başa çatıb.

Tarixi xal

Azərbaycan tarixində Çempionlar Liqası gruplarında oynayan ilk komanda olan Qarabağ, bu nəticəylə qrupdakı ilk xalını qazandı. Qrupda "Atletiko Madrid" də 2 xala yüksəlib.

C Qrupunun 4-ci həftəsində "Qarabağ"la "Atletiko Madrid" 31 Oktyabr çərşənbə axşamı günü bu dəfə İspaniyada qarşı-qarşıya gələcək.


loading...